Nesta İtaliya klubunu çalışdıracaq

Sayta qoyulub: 08:56 15.05.2018 (241 dəfə oxunub)

İtaliya millisinin sabiq müdafiəçisi, "Latsio", "Milan" kimi klublarda çıxış edən Alessandro Nestanın yeni iş yeri bəlli olub.

42 yaşlı mütəxəssis İtaliya B Seriyasında mübarizə aparan “Peruca”nın yeni baş məşqçisi təyin olunub. O, bu postda Roberto Bredanı əvəz edib.

Nesta, 2016-2017-ci il mövsümündə ABŞ-ın “Mayami” komandasını çalışdırıb.

XƏBƏR LENTİ