Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

1000-ci yarış Çində baş tutacaq

Sayta qoyulub: 08:02 15.05.2018 (149 dəfə oxunub)

F-1.az bildirir ki, bu mövsümün son yarışı Formula1 tarixində 997-ci olacaq. Yəni, yubiley yarış gələn mövsümün əvvəlinə təsadüf edəcək. Liberty Media 1000-ci yarışın Silverstounda baş tutması imkanlarını nəzərdən keçirib. Çünki ilk yarış elə bu trasda keçirilib. Formula1-in kommersiya direktoru Şon Bratçes aprel ayında Britaniyada hava şəraitinin buna imkan vermədiyini və yubiley yarışın Çinin “payına” düşəcəyini deyib.

Şon Bratçes: “Silverstounda Formula1-in ilk yarışı baş tutub, biz istərdik ki, 1000-ci yarış da orada keçirilsin. Apreldə havanın qənaətbəxş olmadığı deyiləndə bu fikirdən imtina etdim. Biz bu məsələyə xeyli vaxt sərf etmişik. Hava şəraiti və digər amillər təhlil edilib. Çin bunun üçün ideal yerdir. Bizim idmanımızın gələcəyi sayıla biləcək ölkələrdəndir və biz şadıq ki, bu əlamətdar yarış məhz orada baş tutacaq. Yarışa bir müddət qalmış bu barədə çox görəcəksiz və eşidəcəksiz. Çin Qran Prisinin təşkilatçıları ilə danışmışıq, buna hazırdırlar. Biz bu hadisəni böyükmiqyaslı bayrama çevirmək üçün danışıqlara başlamışıq”.

Silverstoun trasının rəhbərliyi keçən il maliyyə şərtlərinin özlərinə uyğun olmadığını bildirərək yeni müqavilə tələb etmişdilər. Əgər bu baş tutmasa, gələn il Britaniya Qran Prisi bu əfsanəvi trasda sonuncu dəfə keçirilə bilər. Avtodromun nümayəndələri keçən həftəsonu İspaniya Qran Prisində olublar, lakin Şon orada hər hansı danışığın aparılmadığını bildirib: “Ötən istirahət günlərində biz bu məsələni müzakirə etməmişik. Danışıqların böyük hissəsi Londonda keçirilir. Lakin mən orada da nəsə müzakirə getdiyinə işarə vurmuram. Barselonaya bir çox yarışın – Sinqapur, Silverstoun və bəzi Avropa yarışlarının promouterləri gəlmişdi. Hokkenhaym trasının nümayəndələri da orada idilər. Almanların tələbi nədir? Çoxları risksiz müqavilə istəyir. Lakin bu, bizim biznes modelə uyğun deyil. Hər bir halda, builki Almaniya Qran Prisini səbirsizliklə gözləyirik”.

Gələnilki təqvimdə yeni şəhər yarışı – Mayami Qran Prisi də olacaq. Komandalar yarışların sayının artmasına şübhə ilə yanaşırdılar və son günlərdə Mayaminin təqvimdə Bakının yerini alacağı barədə şayiələr gəzirdi. Bratçes bu məsələyə də münasibətini bildirib: “Böyük hərflərlə: BOŞ SÖHBƏTDİR. Bizim bu səylərimizin Bakıdakı və ya dünyanın hər hansı bir yerindəki başqa yarışla heç bir əlaqəsi yoxdur”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat