“Sabah”ın Premyer Liqa ilə bağlı 5 illik planı və 1 milyon

Sayta qoyulub: 20:35 14.05.2018 (297 dəfə oxunub)

“Sabah”ın Premyer Liqa ilə bağlı 5 illik planı və 1 milyon
 

AFFA Lisenziyalaşdırma Qrupunun qərarına əsasən I Divizion təmsilçisi “Sabah”a Topaz Premyer Liqasında oynamaq hüququ verdi. I Divizionda ev oyunlarını Binə qəsəbə stadionunda keçirən “Sabah” elitada daha müasir stadiondan yararlanacaq. Dünən oxucularımıza “Sabah” klubunun Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”dan yararlanacağını xəbər vermişdik. Bu gün isə məsələ ilə bağlı daha bir informasiya əldə etmişik. Bizdə olan məlumata görə, “Sabah” klubun “Əlincə Arena” ilə bağlı çoxillik planı var. Belə ki, klub stadionu ən azından 5 illik icarəyə götürəıcək. Bu müqavilənin ümumi dəyəri 1 milyon manat civarında göstərilir. 

Futbol11.az

XƏBƏR LENTİ