Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Qəbələ” - “Qarabağ” oyununun yeri və vaxtı dəyişdirildi

Sayta qoyulub: 13:39 14.05.2018 (144 dəfə oxunub)

Topaz Premyer Liqasının 28-ci turunda keçiriləcək "Qəbələ” - "Qarabağ” oyununun vaxtı və yeri dəyişdirilib. Bu barədə "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov bildirib. 
Onun sözlərinə görə, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib. Görüş isə Qəbələdə yox, Bakıda olacaq. Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.

F.Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) oyunun Bakıda keçirilməsinə dair müraciətini müsbət cavablandırdıqlarını diqqətə çatdırıb: "Biz baş məşqçi və klub prezidenti ilə danışdıq, məsləhətləşdik. PFL də bizə müraciət etdi. Nəticədə razılığa gəldik. Həmin matç mayın 21-də Bakıda keçiriləcək. "Qarabağ" və "Qəbələ" klublarının mükafatlarını eyni vaxtda alması üçün bu addım atılıb".

 

"Qarabağ” qızıl, "Qəbələ” isə gümüş medalı təmin etsə də, "bürüncü”n sahibi son turda bəlli olacaq. Üçüncü yerin sahibinin mükafatlandırmada işirakı üçün "Qəbələ” – "Qarabağ” görüşü turun digər görüşləri ilə eyni gündə deyil, ertəsi baş tutacaq. Hələlik oyunun keçiriləcəyi stadion müəyyənləşməyib.

Qeyd edək ki, bürünc medallara "Neftçi”, "Zirə” və "Sumqayıt” iddialıdır. "Ağ-qaralar” son turda "Kəpəz”in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat