Millimizin Latviya ilə oyununun vaxtı açıqlandı

Sayta qoyulub: 12:19 14.05.2018 (215 dəfə oxunub)

Azərbaycan milli komandasının Latviya yığması ilə iyunun 9-da keçirəcəyi yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib.  AFFA-nın saytının yaydığı xəbərə görə, Riqada keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

 

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimizin mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoxlama oyunu nəzərdə tutulub.

XƏBƏR LENTİ