Braziliyalı futbolçu Barselonada

Sayta qoyulub: 10:36 13.05.2018 (477 dəfə oxunub)

Qremionun futbolçusu Artur Ramos yanvar ayında Barselonanın futbolçusu olacaq.

 

Katalonlar Portu Alleqri klubu ilə razılıq barədə elan veriblər. Buna əsasən 21 yaşlı xavbek üçün 30 milyon avro ödəniləcək. Daha 9 milyon avro bonus şəklində ödənilə bilər.

 

Barselona artıq bu məbləğin 4 milyonunu ödəyib. Mövsümün sonunda daha 11 milyon avro ödəniləcək. Qalan 15 milyon isə yanvar ayənda köçürüləcək.

XƏBƏR LENTİ