Arsenal alman qapıçını 25 milyon avroya alır

Sayta qoyulub: 10:32 13.05.2018 (416 dəfə oxunub)

Bayerin qapıçısı Bernd Leno yayda Arsenalın futbolçusu ola bilər.

 

Mirrorun məlumatına görə Arsenalın skaut bürosunun üzvü Sven Mislintat Petr Çexə üzun müddətli əvəz tapmaq fikrindədir.

 

Lenonun transferinin dəyəri 25 milyon avro ola bilər. Bu isə bundesliqada 200-dən artıq oyun keçirmiş və Noyerin yoxluğunda millinin dünya çempionatında əsas qapıçısı olma ehtimalına malik bir futbolçu üçün yaxşı qiymətdir.

 

Bir müddət əvvəl Napolinin də onunla maraqlandığı söylənilirdi. Lakin danışıqlar baş tutmamışdı.

XƏBƏR LENTİ