"Keşlə" avrokuboka buraxılmaya bilər

Sayta qoyulub: 20:43 12.05.2018 (275 dəfə oxunub)

 
"Keşlə" avrokuboka buraxılmaya bilər

Futbol üzrə Azərbaycan Kubokunun finalına vəsiqə qazanan "Keşlə” klubu avrokuboka buraxılmaya bilər. Buna səbəb milli assosiasiyanın Lisenziya Komissiyasının bu gün keçirilən iclasında paytaxt təmsilçisinə müvafiq lisenziyanı verməməsidir.

 

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri "3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.

Məlum olduğu kimi, "Keşlə” "İnter”in davamçısı qismində Topaz Premyer Liqasında iştirak edir. AFFA bu məsələ ilə bağlı "Keşlə”yəistisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də "Keşlə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb edib. Hazırda UEFA təqdim olunmuş sənədlərin araşdırılması ilə məşğuldur və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq.

Bunu nəzərə alaraq, "Keşlə”yə lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Kubokunun qalibi Avropa Liqasına vəsiqə əldə edir

XƏBƏR LENTİ