Yuri Maksimov "Keşlə"ni Ukrayna klubuna dəyişir

Sayta qoyulub: 18:57 12.05.2018 (266 dəfə oxunub)

Yuri Maksimov "Keşlə"ni Ukrayna klubuna dəyişir

“Keşlə”nin baş məşqçisi Yuri Maksimovun müqaviləsi mövsümün sonunda başa çatır. Ukraynalı mütəxəssis paytaxt klubu ilə sövdələşməni uzatmaya bilər.

49 yaşlı çalışdırıcı bir həftə öncə Kiyevdə adı açıqlanmayan klubun rəhbərliyilə görüş keçirib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Maksimov "Keşlə"də az büdcə ilə çalışmaqdansa, ölkəsinə dönməyə müsbət yanaşır. Qarşısına ciddi hədəflər qoyan Ukrayna təmsilçisi Maksimovu "sükan arxası"na gətirəcək.

 

Qeyd edək ki, Maksimov Keşlə”yə qış fasiləsində gəlib və komandanı ölkə kubokunun finalına yüksəldib.

XƏBƏR LENTİ