Riçard Almeyda A seriyasında oynaya bilər

Sayta qoyulub: 09:35 12.05.2018 (449 dəfə oxunub)

Riçard Almeyda A seriyasında oynaya bilər
 

2012-ci ildə  “Qarabağ”a transfer olunan braziliyalı Riçard Almeydanı, yəqin ki, heç vaxt unutmayacağıq.Çünki Almeyda həm oyunçu, həm də insani keyfiyyətləri ilə Azərbaycan futbol camiəsi tərəfindən sevildi. Şübhəsiz ki, onun “Qarabağ” üçün etdikləri də əvəzsizdir. Braziliyalı yarımmüdafiəçinin “Qarabağ”ın bütün ciddi  uğurlarının altında imzası var… Amma hər gəlişin bir gedişi olması mütləqdir. Təəssüf ki, 6  ildir Azərbaycanda top qovan, Premyer Liqanın bəzəklərindən olan Riçard Almeydanı yola salmaq məcburiyyətindəyik. Bunu artıq “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib. Mütəxəssis bildirib ki, Almeydanın yaxşı təklifləri var.  Almeydanının İtaliya A Seriyasında da oynamaq imkanı var.  Qeyd edək ki, bir ildir ki, Azərbaycan milli komandasında da çıxış edən 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”a “Jil Visente” klubundan keçib. 

Futbol11.az

XƏBƏR LENTİ