Pedro "Qarabağ"la vidalaşdı

Sayta qoyulub: 09:30 12.05.2018 (232 dəfə oxunub)

 

"Qarabağ"ın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike mövsüm başa çatdıqdan sonra Ağdam klubundan ayrılacaq. Onun transferi üçün Yunanıstan klubuna müraciət edilməyəcək. Braziliyalı vinger bu gün sosial şəbəkə hesabında paylaşdığı statusla Ağdam klubuna təşəkkür edib. Qeyd edək ki, 27 yaşlı futbolçu Premyer Liqada 19 oyuna (1273 dəqiqə) 3 qol vurub. Pedro ÇL-in qrup mərhələsində 4 oyun keçirib və "Roma" ilə görüşdə fərqlənmişdi.

 

Pedro "Qarabağ"la vidalaşdı

XƏBƏR LENTİ