Topaz Premyer Liqası: "Qəbələ", "Zirə" və "Neftçi" qalib gəldi

Sayta qoyulub: 09:28 12.05.2018 (222 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Turun bütün matçları eyni gündə oynanılacaq.  

Artıq çempionluğu təmin edən "Qarabağ" kubokun finalını düşünən "Keşlə"nin qonağı olacaq. 

Turun mərkəzi oyununda "Sumqayıt" öz meydanında "Qəbələ"ni qəbul edəcək. "Qəbələ" bu görüşdə uduzmayacağı halda, gümüş medalları təmin edəcək. Son turlar uğursuz çıxış edən Samir Abasovun komandası "Qəbələ" ilə görüşdə 3 xalı hədəfləyir. Çünki qalib gəlməyəcəyi halda, "Sumqayıt" sona 1 tur qalmış 5-ci pilləyə də yuvarlana bilər.

Bunun üçün "Zirə"ə "Kəpəz"ə, "Neftçi" isə "Səbail"ə qalib gəlməlidir.   


 

17:00 “Keşlə” – “Qarabağ” 3:0 

QOL: Andre Klennon, 4, Pərdis Fərcad-Azad, 8, Slavik Alxasov, 16

Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov 
“İnter Arena”

 

19:00 “Sumqayıt” – “Qəbələ” 0:1

QOL: Baqali Dabo, 36
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Kapital Bank Arena”

 

19:00 “Neftçi” – “Səbail” 3:0

QOL: Namiq Ələsgərov, 33, Rəhman Hacıyev, 37, Lukas Qomes, 80

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
“Dalğa Arena”

 

19:00 “Zirə” – “Kəpəz” 2:1

QOL: Riçard Qadze, 41, Tellur Mütəllimov, 74 - Şəhriyar Rəhimov, 45+1
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu

 

XƏBƏR LENTİ