"Zirə"nin stadionu təbii ot örtüklü olacaq

Sayta qoyulub: 15:49 11.05.2018 (196 dəfə oxunub)

 

"Zirə"nin stadionu təbii ot örtüklü olacaq
 

Zirə İdman Kompleksinin stadionunun süni örtüyü dəyişdiriləcək. Bunu AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov açıqlayıb. O, "Zirə"nin ev oyunlarını keçirdiyi meydançaya təbii ot örtüyünün salınacağını bildirib. AFFA-nın vəsaiti hesabına görüləcək işlər iyulda başlayacaq. E.Məmmədov "Zirə"nin stadionundakı işlər tamamlandıqdan sonra "Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Arena"nın meydançasına təbii ot örütüyünün salınacağını bildirib.

XƏBƏR LENTİ