Almeyda və Pedro “Qarabağ”dan gedir

Sayta qoyulub: 12:04 11.05.2018 (292 dəfə oxunub)

“Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda klubundan ayrılır. Ağdam təmsilçisi yayda müqavilə başa çatacaq milliləşdirilmiş braziliyalı oyunçuya yeni təklik irəli sürsə də, o, bunu qəbul etməyib və karyerasını xaricdə davam etdirməyə qərar verib. Onunla İtaliya və Türkiyə klublarının maraqlandığı bildirilir.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərlə söhbətində təsdiq edib ki, Almeydanın komandada qalmaq ehtimalı çox azdır: “Riçard Almeydanın müqaviləsi bitir. Ona yaxşı təklifləri var”.

Q.Qurbanov mövsümün sonu müqaviləsi başa çatacaq Pedro Enrikenin də "Qarabağ"dan gedəcəyini bildirib.

XƏBƏR LENTİ