AFFA Premyer Liqada komandaların sayı ilə bağlı qərar vermədi

Sayta qoyulub: 10:41 11.05.2018 (264 dəfə oxunub)

AFFA-nın Lisenziya Komissiyasının iclasının tarixi dəqiqləşib. Bu gün keçirilən qurumun İcraiyyə Komitəsinin iclasında lisenziyalaşma barədə məlumatlar dinlənilib və yekun qərarların sabahkı yığıncaqda açıqlanması məqsədəuyğun sayılıb.

Komissiya avrokuboklarda və Topaz Premyer Liqasında iştirak üçün müraciət edən klubların müraciətlərinə sabahkı iclasda cavab verəcək. Məhz bu qərar ölkə çempionatının 2018/19 mövsümündə yüksək liqasında neçə komandanın mübarizə aparacağını müəyyənləşdirəcək.

Hazırda növbəti mövsümlə bağlı qeyri-müəyyənlik hökm sürür. İndiki kimi 8, yoxsa reqlamentə uyğun 10 komandanın oynaması klubların lisenziya alıb-almamasından asılı olacaq. Komissiya I divizion klublarının – çempionluğu təmin edib, Premyer Liqaya can atan “Xəzər” və digərlərinin tələblərə nə dərəcədə cavab verməsi barədə yekun rəyini açıqlayacaq.

AFFA-nın baş katibi Elxan Məmmədov az öncə İcraiyyə Komitəsinin iclasından sonra deyib ki, lisenziyalaşdırma tələblərinə yalnız “Sabah” cavab verir.  

XƏBƏR LENTİ