Mundialda iştirak edən komandaların baş məşqçilərinin məvacibləri açıqlandı

Sayta qoyulub: 08:24 11.05.2018 (307 dəfə oxunub)

 

Dünya çempionatında iştirak edən komandaların baş məşqçiləri arasında ən çox qazananı Yoaxim Lövdür. Onun illik məvacibi 3,8 milyon avrodur.2-ci yerdə Braziliya millisinin çalışdırıcısı Tite və Fransa millisinin baş məşqçisi Didye Deşam gəlir. Hər iki mütəxəssisin məvacibi 3,4 milyon avrodur. 4-cü İspaniya millisinin çalışdırıcısı Xulyen Lopategidir. Onun məvacibi 2,9 milyon avroya bərabərdir.


Rusiyadan Stanislav Çerçesov 2,5 milyon avroyla 5-cidir. Ondan sonrakı yerlərdə Portuqaliya millisindən Fernandu Santuş (2,18) Qaret Sautgeyt (İngiltərə, 1,9), Xorxe Sampaoli (Аrgentina, 1,77), Oskar Tabares (Uruqvay, 1,7), Xose Pekerman (Кolumbiya, 1,5) qərarlaşıb.

 

İştirakçılar arasında ən az məvacib Seneqalın baş məşqçisi Aliu Sissedədir (ilə 200 min avro).

XƏBƏR LENTİ