Rusiya kubokunun qalibi Avroliqaya buraxılmayacaq

Sayta qoyulub: 11:35 10.05.2018 (330 dəfə oxunub)

Dünən Rusiya kubokunun qalibi müəyyənləşib. Tosno komandası finalda Avanqardı 2-1 hesabıyla məğlubiyyətə uğradıb.

 

Volqoqradda keçirilən oyunda qazanılan qələbə Leninqrad vilayətinin komandası üçün tarixində ilk uğur olub. Buna baxmayaraq komanda Avropa liqasında iştirak edə bilməyəcək. Buna səbəb isə klubun vaxtında lisenziya ala bilməməsidir.

 

Belə olan halda ölkəni Avroliqada çempionatı 6-cı bitirən komanda təmsil edəcək. Hazırda buna ən yaxın Ufa komandasıdır.

XƏBƏR LENTİ