"Qarabağ" Almeydaya yeni müqavilə təklif etdi

Sayta qoyulub: 18:46 09.05.2018 (245 dəfə oxunub)

"Qarabağ" Almeydaya yeni müqavilə təklif etdi
 

Premyer Liqada ardıcıl 5-ci dəfə çempion olan "Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Ağdam klubu turnirdə uğurlu çıxış etmək üçün transfer düyməsini basıb. "Atlılar" komandanın aparıcı üzvü hesab edilən Riçard Almeydaya iki illik müqavilə təklif edib. Millimizin Braziliya əsilli yarımmüdafiəçisi şərtləri daha yaxşı olan sazişə müsbət yanaşıb və tərəflər arasında razılıq olub. 29 yaşlı futbolçu 2012-ci ildən "Qarabağ"da top qovur. Almeyda bu mövsüm Topaz Premyer Liqasında 22 oyuna (1659 dəqiqə) 5 qol vurub. 

XƏBƏR LENTİ