Kavani Atletikoya keçmək xatirinə məvacibinin aşağı olmasına razılıq verdi

Sayta qoyulub: 10:12 09.05.2018 (308 dəfə oxunub)

Atletiko mövsümün sonunda Edinson Kavaninin heyətinə qata bilər.

 

Madridlilər artıq 31 yaşlı futbolçu ilə prinsipial razılığa gəliblər. Uruqvaylı futbolçu PSG-də 12 milyon avro qazanır. Lakin Atletikoya keçmək xatirinə o məvacibinin aşağı olmasına razılıq verib.

 

Klub Kavaniyə uzun müddətli müqavilə təklif edəcək. Atletiko onu Barselonaya keçməyə yaxın olan Antuan Qrizmana əvəz kimi baxır.

XƏBƏR LENTİ