"İnter Arena"da dözülməz vəziyyət

Sayta qoyulub: 13:50 08.05.2018 (286 dəfə oxunub)

"İnter Arena"da dözülməz vəziyyət
 

“Keşlə”nin əsas və əvəzedici heyətinin, I Divizion təmsilçisi “Xəzər”in ev oyunlarını keçirdiyi “İnter Arena”da vəziyyət dözülməz həddə çatıb. Meydanın qazonu tamamilə yararsız hala düşüb. Yəni qazon oyunun keçirilməsi üçün tələb olunan heç bir normativlərə cavab vermir. Hətta bizdə olan məlumata görə, oyunçular məşqlərin bir qismini butsilərlə deyil, uzun məsafələrə qaçışlar üçün olan daha hündür idman ayaqqabıları ilə edirlər. Bu isə zədələrdən qorunmaq üçün atılan addımdır. Hazırkı durumun aradan qaldırılması üçün yayda müvafiq tədbirlərin görülüb-görülməyəcəyi isə dəqiq bilinmir.

XƏBƏR LENTİ