İnyestanın yeni klubu müəyyənləşdi

Sayta qoyulub: 12:47 08.05.2018 (379 dəfə oxunub)

Mövsümün sonunda "Barselona"dan ayrılacağı dəqiqləşən Andres İnyestanın yeni klubu müəyyənləşib.


33 yaşlı yarımmüdafiəçi karyerasını Yaponiyada davam etdirəcək. İspan futbolçu bu ölkənin "Vissel Kobe" klubu ilə anlaşıb. Yeni komandası ilə 3 illik müqavilə barədə razılığa gələn İnyestanın illik qazancı 30 milyon avro olacaq. Keçidin gerçəkləşməsində hazırda "Barselona"nın titul sponsoru olan "Rakuten" şirkətinin baş direktoru Hiroşi Mikitaninin rolu böyük olub.


Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan "Vissel Kobe"də Almaniya millisinin sabiq hücumçusu Lukas Podolski də çıxış edir.

 

 

İnyestanın yeni klubu müəyyənləşdi

 

 

 

qol.az

XƏBƏR LENTİ