B.Förnli: “Renault hazırda McLaren-dən güclüdür”

Sayta qoyulub: 07:32 08.05.2018 (231 dəfə oxunub)

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli düşünür ki, Renault hazırda McLaren-dən daha ciddi rəqibdir.

F-1.az xatırladır ki, McLaren ilk 4 yarışdan sonra 36 xal toplayaraq 4-cü, Renault isə 35 xalla 5-ci yerdədir.

Bob Förnli: “Bakıda sıralanma turu və yarışda ən sürətli 4-cü komanda idik. Təbii ki, o tras quruluşuna görə digərlərindən fərqlidir. Melburndakı problemləri həll edə bilməmişik. Lakin Bəhreyn cə Çində daha güclü idik. Bakıdakı podium isə çempionatda 4-cü olmaq üçün bizi ümidləndirdi. Bunun hesabına McLaren və Renault-dan sonra 6-cı yerə yüksəldik. McLaren-i qabaqlaya bilərik, amma Renault daha stabildir və onlarla mübarizə aparmaq çətin olacaq”.

XƏBƏR LENTİ