"ShamkirChess 2018": Bu gün Teymur Rəcəbov dünya çempionu ilə qarşılaşacaq

Sayta qoyulub: 09:18 22.04.2018 (105 dəfə oxunub)

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində bu gün IV turun qarşılaşmaları oynanılacaq.

5 görüşdən 3-ü Azərbaycan şahmatçılarının iştirakı ilə baş tutacaq.

Teymur Rəcəbov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov isə qara fiqurlarla çıxış edəcəklər.

Turun proqramı:

Sergey Karyakin (Rusiya) - David Navara (Çexiya)

Aniş Giri (Hollandiya) - Dinq Liren (Çin)

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Radoslav Voytaşek (Polşa) - Rauf Məmmədov (Azərbaycan)

Bütün görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, ilk 3 turda bütün görüşlər heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hər biri 1,5 xala malikdir. 

XƏBƏR LENTİ