Lukaku Rayola ilə müqaviləyə xitam verdi

Sayta qoyulub: 19:51 20.04.2018 (314 dəfə oxunub)

Mançester Yunaytedin futbolçusu Romelu Lukaku agentini dəyişib.

 

Belçikalı futbolçu Mino Rayola ilə müqavilənin pozulmasını razılaşdırıb və  Roc Nation Sports-la sözləşmə imzalayıb. Şirkətin yaradıcısı tanınmış amerikalı reper və prodüser  Jay-Z-dir.

 

RNS-in futbolda ən tanınmış müştərisi Almaniya millisinin müdafiəçisi Jerom Boatenqdir.Müştərilər arasında Qolden Steyt basketbol komandasının ulduzu Kevin Dürent də var.

XƏBƏR LENTİ