M.Ferstappen səhvini qəbul edib

Sayta qoyulub: 12:59 16.04.2018 (85 dəfə oxunub)

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Fettellə insident tamamilə öz səhvidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Sebastyan Fetteli keçmək istərkən, almaniyalı sürücüyə arxadan təmas edib. Nəticədə yerində fırlanan Fettel yarışı 8-ci yerdə bitirməli olub.

Maks Ferstappen: “Rəqiblərimizin köhnə təkərlərlə problem yaşadıqlarını bilirdim. Buna görə əyləcə gec basaraq, ötmə etmək istədim. Amma arxa təkərlər kilidləndiyi üçün Fettelə çırpıldım. Tamamilə mənim səhvim idi. Qəzadan sonra “kaş gözləyərdim” demək asan olur. Lakin belə etsəm, daha ağıllı hərəkət olardı. Bu dəfə işlər istədiyim kimi getmədi və ikimizin də yarışına pis təsir etdim. Ancaq tərzimi dəyişən deyiləm. Heyif ki, Formula1-də belə şeylər olur. Bu səhvləri təkrar etməməliyik. Bakıda geridönüş etmək istəyirəm”.

XƏBƏR LENTİ