► PSJ çempion oldu

Sayta qoyulub: 08:43 16.04.2018 (352 dəfə oxunub)

Fransa çempionatında 2017/18 mövsümünün çempionu bəlli olub. 33-cü tur çərçivəsində PSJ öz meydannda “Monako”nu 7:1 hesabı ilə məğlub edib. Bununla da Paris klubu sona 5 tur qalmış çempionluğu təmin edib. 

Komanda hazırda ən yaxın izləyicisi “Monako”nu 17 xal qabaqlayır ki, 5 tur ərzində bu fərqin aradan qalxması qeyri-mümkündür.

1 illik fasilədən sonra yenidən qızıl medallara qovuşan Emerinin komandası ümumilikdə 7-ci dəfə Fransa çempionu olub - 1985/86, 1993/94, 2012/13, 2013/14, 2014/15, 2015/16.

PSJ – “Monako” - 7:1

Qollar: Lo Selso, 15, 27, Kavani, 17, Di Mariya, 20, 58, Draksler, 86 - Falkao, 76

 

 

 

XƏBƏR LENTİ