F.Alonso: “Fettellə mübarizə ədalətli deyildi”

Sayta qoyulub: 08:26 16.04.2018 (128 dəfə oxunub)

McLaren komandasının sürücüsü Fernando Alonso bildiirb ki, Sebastyan Fettellə mübarizəsi rəqibinin vəziyyətinə görə ədalətli olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Ferstappenlə təmas yaşadıqdan sonra bolidi zədələnərək geriyə düşüb. Alonso isə fürsəti əldən verməyərək, Fetteli keçərək 7-ci yerə yüksəlib.

Fernando Alonso: “Mənim üçün gözəl gün idi. Fettellə mübarizəmiz onun zədəli bolidinə görə ədalətli deyildi. Buna görə də döngələrdə ondan sürətli idim. Sözün açığı, Ferrari-ni döngələrdə bu qədər yavaş görmək təəccübləndirdi. Problemin nə olduğunu soruşdum. Komanda problemi təsdiqlədi və döngəyə girə bilmədiyini dedilər. Döngələri xarici trayektoriyadan döndüyü üçün ilk fürsətdə hücum etdim. Bizim üçün gözəl yarış idi. Vahid dövrədə zəif olsaq da, yarışda bunu kompensə edə bilirik.

Təhlükəsizlik maşını bizə kömək olmadı. Tək pit-stoplu strategiya ilə rəqiblərimizə nisbətən üstünlüyümüz olacağını düşündük. Lakin təhlükəsizlik maşını rejimində rəqiblərimiz təkərlərini dəyişdilər və bu hal bizim üçün yaxşı olmadı. Bunlara baxmayaraq, 7-ci yer əla nəticədir. Ümid edirəm ki, Bakıda vahid dövrədə güclü olarıq”.

XƏBƏR LENTİ