H.Marko Ferstappeni müdafiə edib

Sayta qoyulub: 08:09 16.04.2018 (126 dəfə oxunub)

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen rəqibi Fettellə insidentdən sonra qələbəni əldən verib.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri təhlükəsizlik maşını rejimində pitə gələrək Soft təkərləri götürüblər. Amma hollandiyalı sürücü yeni təkərlərlə Fettelə hücum edərkən təmas yaşayıb. Gənc sürücü yarışı 5-ci yerdə bitirib.

Helmut Marko: “Maksın Fetteli keçəcəyinə əmin idik. Onsuz da təkərləri daha təzə idi və sürətli gedirdi. Lakin səbirsiz davrandı və bu, ona baha başa gəldi. Səhv Ferstappendə idi. O da üzr istədi. Belə hadisələr yarışlarda olur. Səbirsiz olmasaydı, asanlıqla Fetteli keçə bilərdi. Özü də bilir ki, səhvə görə qələbəni əldən verdi. Əminəm ki, bundan dərs çıxaracaq. Qələbə şansı çox idi, amma bu səhvə görə 5-ci yerə razı oldu. Bu gün iki sürücümüz də əla performans göstərdi. Rikkardonun performansı qüsursuz idi. Maksın hələ 20 yaşı var və belə səhvlər edərək öyrənəcək”.

XƏBƏR LENTİ