İnyesta qərarını bu həftə verəcək

Sayta qoyulub: 07:46 16.04.2018 (347 dəfə oxunub)

Barselonanın kapitanı Andres İnyestanın gələcəklə bağlı qərarını nə vaxt byan edəcəyi tarix məlum olub.

 

33 yaşlı futbolçu Barsa ilə ömürlük müqviləyə sahibdir. Lakin o özü bu müqaviləyə xitam verə bilər. Bunun üçün isə hər il aprelin 30-na qədər kluba xəbər verməlidir.

 

İnyesta gələcəyi bağlı qərarını İspaniya kubokunda Sevilya ilə final görüşündən sonra açıqlayacaq.

 

Xatırladaq ki, yarımmüdafiəçinin Çinin Tyansin Syansuan komandası ilə ili 37 milyon avro olan 3 illik müqavilə imzalayacağı söylənilir.

 

 

XƏBƏR LENTİ