N.Hülkenberq: “Ən yaxşı nəticəni aldıq”

Sayta qoyulub: 07:43 16.04.2018 (147 dəfə oxunub)

Renault komandasının sürücüsü Niko Hülkenberq 6-cı olduğu Çin yarışından sonra çox xoşbəxtdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 7-ci başlasa da, finiş xəttini 6-cı yerdə keçərək, bu il hər 3 yarışdan da xalla ayrılıb.

Niko Hülkenberq: “Yarışın əvvəlində asfaltla ilişmə zəif idi və bolid hər yerdə sürüşürdü. Yarışın əvvəlindən hədəfimiz iki pit-stoplu strategiya idi. Buna görə də təkərlərdən aqressiv istifadə etməli idik. Hər şey yaxşı getdi və təhlükəsizlik maşını işimizi asanlaşdırdı. Təhlükəsizlik maşını olmasa da, yarışı ən yaxşı nəticə ilə bitirərdik. Məncə, həftəsonu yaxşı keçdi. Bu gün tempimiz yaxşı idi. Orta qrupun önündə idik. Evə 8 xalla qayıdıram. Əyləncəli yarış idi”.

XƏBƏR LENTİ