Topaz Premyer Liqası: "Qəbələ" yenə büdrəsi, "Neftçi" və "Sumqayıt"dan qələbə

Sayta qoyulub: 20:09 15.04.2018 (139 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqasında 23-cü tura yekun vurulacaq. "Qəbələ" "Səbail"i qəbul edəcək. Digər oyunda "Sumqayıt" doğma divarlar arasında "Keşlə"ni sınağa çəkəcək.

Turun mərkəzi qarşılaşması paytaxtda baş tutacaq. Burada avrokuboklar uğrunda mübarizə aparan iki komanda - "Neftçi" və "Zirə" üz-üzə gələcək.

 

17:00 “Qəbələ” – “Səbail” - 1:1

Qollar: Famussa Kone, 82 - Fəhmin Muradbəyli, 55
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu

 

18:00 “Sumqayıt” – “Keşlə” - 2:1

Qollar: Bəhlul Mustafazadə, 58, Ehtiram Şahverdiyev, 83 - Məqsəd İsayev, 68

Qırmızı vərəqə: Məqsəd İsayev, 81
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”

 

19:00 “Zirə” – “Neftçi” - 0:3

Qollar: Rəhman Hacıyev, 10 (pen.), İqnasio Herrera, 90, Rəşad Sadiqov, 90+5
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu

XƏBƏR LENTİ