Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunlarına start veriləcək. İlk oyun günündə bir görüş keçiriləcək. Lider "Qarabağ" Gəncə səfərində autsayder "Kəpəz"lə qarşılaşacaq. Bu mövsüm komandalar arasında keçirilən hər üç oyunda "Qarabağ" rəqibinə qalib gəlib.
Qeyd edək ki, turun digər üç qarşılaşması sabaha təyin edilib.
14 aprel (şənbə)
16:00 “Kəpəz” – “Qarabağ” - 0:1
Qol: Ramil Şeydayev, 23
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu