Hakimlərin yay toplanışı baş tutmaya bilər

Sayta qoyulub: 14:05 13.04.2018 (144 dəfə oxunub)

Qış toplanışını Antalyada keçən hakimlərimiz böyük ehtimalla yayı elə Azərbaycanda qalmalı olacaq. Hazırda ədalət təmsilçilərinin ölkə xaricində toplanış keçmək məsələsi müzakirə olunmur.

Adətən yayda istər klublar, istərsə də hakimlər Avropaya üz tutur. Çünki yayda Antalya çox isti olur. Avropa toplanışı olanda isə aprel ayından bunun hazırlıqları, sənədləşmə işləri aparılır. Hazırda belə bir prosesin də getməməsi onu deməyə əsas verir ki, hakimlərin Avropa toplanışı gözlənilmir

XƏBƏR LENTİ