"Bavariya" yeni baş məşqçi tapdı

Sayta qoyulub: 14:01 13.04.2018 (242 dəfə oxunub)

 

"Bavariya" yeni baş məşqçi tapdı
 

Mövsümün sonuna qədər Yupp Haynkesi baş məşqçi postuna gətirən "Bavariya" artıq yeni çalışdırcısını müəyyənləşdirib.

Münhen klubunun "sükanı arxası"na Niko Kovaç keçəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə bildirili ki, xorvatiyalı mütəxəssis mövsümün sonunda hazırki iş yeri "Ayntraxt"dan ayrılacaq və "Bavariya"nın yeni baş məşqçisi təyini ediləcək. Məlumat tezliklə klub tərəfindən rəsmi şəkildə bəyan ediləcək. Müqavilənin şərtləri və detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü illərdə Xorvatiyanın U-21, 2013-2015-ci llərdə isə əsas komandasını çalışdırıb. 2015-cı ildə Bundesliqaya üz tutan mütəxəssis Frankfurt "Ayntraxt"ı ilə müqavilə bağlamışdı.

XƏBƏR LENTİ