M.Eriksson uğurunun sirrini açıqlayıb

Sayta qoyulub: 07:53 13.04.2018 (152 dəfə oxunub)

Sauber komandasının sürücüsü Markus Eriksson uğurunun səbəbini arıqlamaqda görür.

F-1.az xatırladır ki, isveçli sürücü Bəhreyndə 2 xal qazanaraq 49 yarışlıq uğursuz seriyaya son qoyub.

Markus Eriksson: “5 kiloqram arıqladım. Karbohidrat, şirniyyat və alkoqol qəbul etmədim. Çətin olsa da, buna dəyərdi. 10 kilo çəki dövrə başına 0.3-0.4 saniyə fərq yaradır. Karyeram ərzində komanda yoldaşlarıma nisbətən ağır oldum. Bununla mübarizə etmək çətin idi. Çünki insanlar çəki faktorunu nəzərə almaq istəmirlər”.

XƏBƏR LENTİ