Red Bull güclü və etibarlı mühərrik istəyir

Sayta qoyulub: 11:05 12.04.2018 (134 dəfə oxunub)

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko xalsız qaldıqları Bəhreyn yarışından sonra Renault-dan güclü və dözümlü mühərrik istəyir.

F-1.az xatırladır ki, Maks Ferstappen Bəhreyndə Həmiltonla təmasdan sonra diferensial problemi yaşadığı üşün, Rikkardo isə batereya işləmədiyi üçün mübarizəni vaxtından əvvəl dayandırıb.

Helmut Marko: “Rikkardonun problemi ilk dəfə baş vermədi. Texniki problem sizi dayandırırsa, nə edə bilərsiniz? Maksın bəxti gətirmədi və möhkəm zərbə aldı. Diski qırıldı və diferensialı zədələndi. Sıralanma turundakı tempimizi gücləndirməliyik. Bunun üçün sürətli və etibarlı mühərrik lazımdır”.

XƏBƏR LENTİ