F.Briatore: “Ferrari çempion ola bilər”

Sayta qoyulub: 11:04 12.04.2018 (99 dəfə oxunub)

Sabiq komanda rəhbəri Flavio Briatore bu il Ferrari-nin çempion ola biləcəyinə inanır.

F-1.az xatırladır ki, Ferrari mövsümün ilk iki yarışında qalib gələrək 2004-cü ildən sonra ilk dəfə bu uğura nail olub.

Flavio Briatore: “Ferrari əvvəlki illərə nisbətən daha yaxşıdır. Hazırda Mercedes-lə bərabər gücdədirlər. Hər iki komandanın da qazanma ehtimalı eynidir və gözəl çempionat izləyəcəyik.

Avstraliya standart yarış deyildi. Bəhreyndə isə Ferrari mükəmməl performans göstərdi. Strategiyanı vaxtında dəyişdirdilər. Fettel də təkərlərinə yaxşı nəzarət etdi. Ancaq Bottasın yerində Həmilton olsaydı, hər şey fərqli olardı. Ferrari hazırda güclüdür, ancaq inkişafdan çox şey asılıdır”.

XƏBƏR LENTİ