"Beşiktaş"ın çempionluq mükafatının məbləği müəyyənləşib

Sayta qoyulub: 11:04 12.04.2018 (222 dəfə oxunub)

Türkiyənin "Beşiktaş" klubu ardıcıl üçüncü mövsüm Super Liqanın qalibi olacağı halda, futbolçularına ödəniləcək mükafatın məbləği müəyyənləşib.

Klub prezidenti Fikret Orman hər bir futbolçuya 350 min lirə (165 min manat) ödəyəcəyini vəd edib. Onun bu addımı komandanı motivasiya etmək üçün atdığı bildirilir.

Ötən mövsüm çempionluq mükafatı 300 min lirə olub.

Qeyd edək ki, "Beşiktaş" 28 turdan sonra 56 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Başakşehir"in 59, ikinci sıradakı "Qalatasaray"ın 57 xalı var. Super Liqa 34 turdan ibarətdir. 

 

"Beşiktaş"ın çempionluq mükafatının məbləği müəyyənləşib

 

"Report"

XƏBƏR LENTİ