T.Volff: “Sayns və Okon gələcəkdə bizdə olacaq”

Sayta qoyulub: 10:53 12.04.2018 (159 dəfə oxunub)

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, 2020-ci ildə komandasında Karlos Saynsla Esteban Okonu görmək istəyir.

F-1.az bildirir ki, 2020-ci ildə 35 yaşı olacaq Lyuis Həmiltonun sürücünün həmin vaxta qədər təqaüdə çıxacağı iddia edilir.

Toto Volff: “Esteban mənim kiçik xəzinəmdir. Onu uzun illərdir ki, tanıyıram və hər il özünü təkmilləşdirir. Karlos Sayns da xüsusi sürücüdür və ağıllıdır. Yaxşı ailədən gəlir və çox sürətlidir. Onu Hülkenberqlə müqayisə etmək yaxşı olacaq. Əgər Nikoya qarşı yaxşı performans göstərsə, bütün komandaların radarına düşə bilər. Karlosla da, atası ilə də aramız yaxşıdır. Mercedes-də yarışmaq ehtimalını danışdıq, lakin o hələ Red Bull-a aiddir”.

XƏBƏR LENTİ