M.Ferstappen: “Həmilton cəza almalı idi”

Sayta qoyulub: 10:40 12.04.2018 (92 dəfə oxunub)

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Lyuis Həmiltona cəza verilməməsi doğru olmayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 15-ci yerdən başlasa da, mükəmməl startla 9-cu yerdəki Lyuis Həmiltona çatıb. Birinci döngədə dördqat Dünya Çempionuna hücum edən 20 yaşlı sürücü rəqibi ilə təmas yaşayıb və nəticədə təkəri deşilib. Partlamış təkərlə özünü pitə çatdıra bilən Ferstappenin təkərləri dəyişdirilsə də, hidravlik problemə görə yarışa davam edə bilməyib.

Maks Ferstappen: “Lyuis ilə döngəyə bir girdik və ikimiz üçün də boşluq var idi. Bir az qabaqda idim. Döngəni dönərkən arxada bir təmas hiss etdim və yarışın mənimçün bitdiyini anladım. Lakin stüardlar bunu yarış insidenti kimi gördülər. Məncə, ağır qərar idi. Nəticədə mübarizəni dayandırdım”.

XƏBƏR LENTİ