Araz Abdullayev oynadı, komandası kubokla vidalaşdı

Sayta qoyulub: 10:33 12.04.2018 (137 dəfə oxunub)

Araz Abdullayev oynadı, komandası kubokla vidalaşdı
 

Kipr kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" səfərdə "Apollon"la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşan “Anortosis” mübarizəni dayandırıb.

Araz meydana start heyətində çıxıb və 84-cü dəqiqədə əvəzlənib. O, bu görüşdə sarı vərəqə ilə də cəzalanıb.

XƏBƏR LENTİ