Çin-2018: Bukmeyker cədvəlləri

Sayta qoyulub: 10:17 12.04.2018 (171 dəfə oxunub)

 

 

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, Fettelin mövsümün ilk iki yarışında qələbə qazanmasına baxmayaraq, favorit yenə də Həmilton hesab olunur. Bu ikilidən başqa, yerdə qalan sürücülərin qələbə şansları xeyli az qiymətləndirilir.

Çin Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.00
Sebastyan Fettel 3.25
Valtteri Bottas 11.00
Maks Ferstappen, Daniel Rikkardo 12.00
Kimi Rəykkönen 13.00
Fernando Alonso 201.00

 

Bukmeykerlər Fettelin 17 xallıq üstünlüyünü mövsümün sonuna qədər əlində saxlaya biləcəyini düşünmürlər. Onların fikrincə, beşqat dünya çempionu məhz Həmilton olacaq.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.67
Sebastyan Fettel 2.87
Valtteri Bottas 19.00
Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen 34.00

 

Bukmeykerlərin Mühəndislər Kuboku üçün proqnozu barədə isə danışmağa ehtiyac yoxdur…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.44
Ferrari 3.25
Red Bull 10.00
McLaren 501.00
Renault, Haas, Force İndia, Toro Rosso 1001.00
Williams, Sauber 2001.00
 

XƏBƏR LENTİ