Ronaldodan ÇL-də daha bir rekord

Sayta qoyulub: 10:17 12.04.2018 (189 dəfə oxunub)

“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb.


Portuqaliyalı hücumçu rekordunu 1/4 finalın “Yuventus”la cavab oyununda qol vurmaqla gerçəkləşdirib.


Görüşdə son nöqtəni qoyaraq komandasını yarımfinala yüksəldən futbolçu turnirdə “Yuventus”un qapısından keçirdiyi qolların sayını 10-a çatdırıb. İndiyədək ÇL-də heç bir futbolçu bir komandanın qapısına 10 qol vura bilməyib.


Xatırladaq ki, "Real" 1:3 hesabı ilə uduzsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.


 

Ronaldodan ÇL-də daha bir rekord

 

 

qol.az

XƏBƏR LENTİ