"Onların penaltiyə niyə etiraz etdiyini anlamıram" - Ronaldo

Sayta qoyulub: 09:28 12.04.2018 (185 dəfə oxunub)

"Bu oyunda çox əziyyət çəkdik. Bu matç bizə yaxşı dərs olacaq. Futbolda heç vaxt heç nə əvvəldən həll olunmayıb. Sonuna kimi vuruşmaq lazımdır".


Bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la cavab oyunundan sonra deyib.


Komandasının yeganə qolunun müəllifi  olan portuqaliyalı hücumçu söyləyib ki, daha çox qol vura bilərdilər: "Amma Buffon və "Yuventus"un futbolçuları buna imkan vermədilər".


Ronaldo "Yuventus"un qapısına son dəqiqədə təyin olunan penaltiyə rəqib oyunçuların kəskin etirazına da münasibət bildirib: "Mən anlamıram, onlar niyə etiraz edirdilər? Orada penalti var idi. Həmin vaxt özümü sakit saxladım. Çünki anlayırdım ki, həlledici andır".


Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə (3:0, 1:3) əsasən yarımfinala yüksəlib.

 

 

 

"Onların penaltiyə niyə etiraz etdiyini anlamıram" - Ronaldo

 

 

qol.az

XƏBƏR LENTİ