Rüfət Dadaşov: "Özümü daha yüksək səviyyədə yoxlamaq istəyirəm"

Sayta qoyulub: 16:55 11.04.2018 (108 dəfə oxunub)

 

Rüfət Dadaşov: "Özümü daha yüksək səviyyədə yoxlamaq istəyirəm"
 

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın III Bundesliqa klubu "Proyssen"ə keçidi haqda danışıb. 26 yaşlı hücumçu "Berliner Kurier"ə açıqlamasında "Dinamko"dan (Berlin) ayırlmaq barədə qərarı qəbul edərkən çətinlik çəkdiyini deyib: "Bu qərarı vermək asan deyildi. "Dinamo" rəhbərliyi və azarkeşləri mənə qarşı həmişə xeyirxah və mehriban olublar. Burda özümü evdəki kimi hiss edirdim. Məni başa düşdüklərinə inanıram. 26 yaşım var. Özümü daha yüksək səviyyədə yoxlamaq istəyirəm. "Dinamo"nu mükafatsız tərk etmək də istəmirəm. Ümid edirəm ki, Regional Liqada qalib ola bilərik". Dadaşov hazırda 26 qolla Şimal-Şərq Regional Liqasında ən məhsuldar futbolçudu. O, yeni mövsümdən "Proyssen"də çıxış edəcək.

XƏBƏR LENTİ