"Barselona"nı eşitdim, zarafat olduğunu düşündüm" - Klopp

Sayta qoyulub: 10:25 11.04.2018 (198 dəfə oxunub)

"Mançester Siti" çox yaxşı hücum etdi. Biz də müdafiədə əla oynadıq. Salahın vurduğu qol matçın qırılma nöqtəsi oldu. Layiqli qələbə qazandıq. Ancaq daha da yaxşı oynaya bilərik".


Bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.


O, bu matçda ən yaxşı oyunlarını nümayiş etdirmədiklərini vurğulayıb: "Ancaq yarımfinalda olmağa layiqik".


Y.Klopp "Roma"nın "Barselona"nı mübarizədən kənarlaşdırmasına da münasibət bildirib: "Kimsə mənə "Barselona"nın mübarizəni dayandırdığını dedi, zarafat olduğunu düşündüm. "Roma"ya hörmətsizlik olmasın. Möhtəşəm komandadırlar".

 

"Barselona"nı eşitdim, zarafat olduğunu düşündüm" - Klopp

 

 

 

qol.az

XƏBƏR LENTİ