"Roma"nın prezidenti: "Perotti "Qarabağ"a qol vuranda da yaxşı hisslər keçirirdik"

Sayta qoyulub: 10:23 11.04.2018 (146 dəfə oxunub)

"Roma"nın prezidenti: "Perotti "Qarabağ"a qol vuranda da yaxşı hisslər keçirirdik"

 

İtaliyanın "Roma" klubunun prezidenti Ceyms Pallotta UEFA çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Barselona"nı 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra açıqlama verib..Yarımfinala yüksəlmələrini dəyərləndirən ABŞ-lı funksioner inanılmazı reallaşdırdıqlarını deyib:

"Bu, ən gözəl qələbə, möhtəşəm gecədir. İnanılmazı reallaşdırdıq. İlk oyunda bəxtimiz gətirməsə də, bugünkü qarşılaşmada məğlubiyyətin əvəzini çıxmağı bacardıq. Qrup mərhələsinin son oyununda Perotti "Qarabağ"a qol vurarkən də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüququ yoxdur. Bu nailiyyətimiz unudulmazdır".

Pallotta "Barselona"nı darmadağın etməkdə baş məşqçi Eusebio Di Françeskonun əvəzləmələrinin xüsusi rol oynadığını vurğulayıb: "Artıq dünyanın 4 ən güclü komandası sırasındayıq. Komandamızın belə möhtəşəm oyununu indiyə qədər görməmişəm. Əla oynamağa qadir olduğumuzu göstərdik. Bu, prezidentliyim dövründə qazanılan ən yaxşı qələbəmizdir".

XƏBƏR LENTİ