Qriqorçuk Latviya millisinin baş məşqçisi ola bilər

Sayta qoyulub: 12:25 10.04.2018 (149 dəfə oxunub)

“Ötən il Latviya Futbol Federasiyasından təklif olmuşdu. Ancaq konkret bir şey yox idi”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 Ukraynalı mütəxəssis sportacentrs.com saytına müsahibəsində Latviyada çalışmaq perspektivini dəyərləndirib.

 O, hazırda belə bir təklif olmadığını vurğulayıb: “Hazırda təklif yoxdu və bu haqda düşünmürəm. Əgər təklif olarsa, o zaman fikirləşərəm. İndi isə buna bir səbəb görmürəm. Latviya ilə bağlı yaxşı xatirələrim var. Bu yaxınlarda yubileyi olan "Ventspils" klubunu da təbrik edirəm. Bu, xüsusi hissdi”.

Vaxtilə Qriqorçukun rəhbərliyi altında çıxış etmiş Kaspar Qorkş hazırda Latviya Futbol Federasiyasının prezidentliyinə namizəddi. “Qəbələ”nin çalışdırıcısı sabiq yetirməsi barədə müsbət fikirlər səsləndirib: “Kasparla bağlı təkcə xoş xatirələrim yoxdu, bu cür güclü, mədəni, inkişaf edən futbolçu ilə işlədiyim üçün minnətdaram. Onun namizədliyini dəstəkləyirəm. Çünki Qorkşun böyük işlər görəcəyini bilirəm”.

 

Jurnalistin “Qorkş prezident seçilərsə, ondan dəvət gözləyəcəksizmi” sualına təcrübəli mütəxəssis bu cavabı verib: “Kaspar istənilən vaxt mənə zəng vura bilər. Onunla söhbət etməkdən hər zaman şad olaram. Əgər ehtiyac olarsa, ona daim kömək etməyə hazıram”.

 

Qeyd edək ki, Latviya Futbol Federasiyasına yeni prezident seçkisi aprelin 27-də keçiriləcək. Kaspar Qorkşla yanaşı, Vadim Laşenko və Krişyanis Klyavinş bu posta namizəddi.

 

XƏBƏR LENTİ