Araz Abdullayev Kiprin ən yaxşıları arasında

Sayta qoyulub: 12:17 10.04.2018 (158 dəfə oxunub)

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatının ən məhsuldar yarımmüdafiəçilərindən biridi. Bu barədə yerli mətbuat məlumat yayıb.

Həm “Anortosis”in, həm də Kipr çempionatının ən güclü sağ cinah oyunçuları arasında göstərilən həmyerlimiz zədə ucbatından əsas heyətdəki yerini itirməsinə baxmayaraq, hələ də dəqiq ötürmə sayında çoxlarını qabaqlayır. Belə ki, Araz bu mövsüm cinahdan rəqibin qapısı qarşısına 15 dəqiq ötürmə verə bilib. Abdullayev bu göstəricidə yalnız “Apollon”un xorvatiyalı yarımmüdafiəçisi Antonio Yakolisdən geri qalır.

Qeyd edək ki, “Anortosis”də icarə əsasında çıxış edən Araz Abdullayev müqavilə ilə “Qəbələ”yə məxsusdu.

XƏBƏR LENTİ