"Qəbələ" kubok matçına ciddi itkilərlə çıxacaq

Sayta qoyulub: 07:39 10.04.2018 (82 dəfə oxunub)

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Neftçi"ni qəbul edəcək "Qəbələ" oyuna ciddi itkilərlə çıxacaq.

Klubdan verilən məlumata görə, Topaz Premyer Liqanın 22-ci turunun "Zirə"ylə oyununda (1:1) zədələnən Dmitri Bezotosnının zədəsi ciddidir. Bu səbəbdən ukraynalı qolkiper kubok matçını buraxacaq. Digər zədəli Vitali Vernidubun da həmin görüşdə meydana çıxmayacağı dəqiqdir. "Zirə" ilə qarşılaşamada zədələnən Baqali Dabonun isə "Neftçi"yə qarşı oynayıb-oynamayacağı sual altındadır. Qeyd edək ki, aprelin 12-də keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 18:00-da başlayacaq.

XƏBƏR LENTİ